İnsan Resursları Strukturuna baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 07.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AFB Bank İnsan Resursları Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Baş mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• AR Əmək qanunvericiliyi biliyi;
• İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
• İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
• Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan, Rus və ingilis dili bilikləri;
• Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi (işçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi, işəqəbulun həyata keçirilməsi, yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili);
• Vakansiyaların elektron bazasının formalaşdırılması və tənzimlənməsi və şirkətə  aid daxili ümumi və vahid naməzədlər bazasının yaradılması və yenilənməsi.
• Bankın struktur bölmələri üzrə işçi sayının planlanması işinin təşkili;
• HR büdcəsinin hazırlanmasında iştirak;
• Bankda Təlim üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi (Şirkətdaxili və xarici təlimlərin təşkili və monitorinqi, Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təşkili);
• İşəgötürən Brendinin gücləndirilməsində köməyin göstərilməsi.
• İnsan Resursları sahəsinə aid Siyasət və prosedurların hazırlanmasında yaxından iştirak.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.