İstehsalat müdiri

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 04.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Alyans Tekstil” MMC-də İstehsalat müdiri vakansiyası üzrə işçi axtarılır. 

Vəzifə öhdəlikləri:

1. Sifariş olunan məhsulların vaxtında və keyfiyyətlə hazırlanması işini təşkil etmək
2. İstehsal fəaliyyətinin bütün mərhələlərinə (kəsim, tikiş, qablaşdırma və s.) nəzarət etmək
3. İstehsal prosesində yaranmış problemlərin səbəblərini araşdırmaq və həlli üçün müvafiq tədbirlər görmək
4. İstehsalat zamanı sərf olunmuş materialların dəqiq uçotunun aparılması və hesabatların vaxtı-vaxtında verilməsi işini təşkil etmək
5. İş bölgüsünün düzgün aparılması nəticəsində məhsuldarlığın və keyfiyyətin artırılmasını təmin etmək
6. İstifadə olunan avadanlıqların davamlı olaraq texniki baxışdan keçməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək

Namizədə tələblər

- Tekstil sahəsində ən az 10 il və ya müvafiq vəzifə üzrə ən az 5 il iş təcrübəsi;
- Tikiş texnika və qaydalarını bilməli;
- Problem həll etmə, analitik düşüncə, qərarvermə və koordinasiya etmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurma və komanda işini təşkil etmə bacarığı.

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Nahar şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini 20 aprel 2019-cu il tarixinədək mövzu hissəsinə “İstehsalat müdiri” yazmaqla [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.