Mühasib köməkçisi

İşin təsviri

Şirkət haqqında

1995-cü ildə fəaliyyətə başlayan   “İnci Group of Companies” MMC  əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Mühasib köməkçisi

Namizədə dair tələblər:

- Maliyyə və mühasıbatlıq üzrə ali təhsil
- Kompüter bilikləri: Ofis proqramları
- İRP sistemini bilmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Yaş: 22-30;

İş barədə məlumat:

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar və hesabatların göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar,
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- e-gov portalı ilə işləmək
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Nahar şirkət tərəfində təmin olunur;
İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı -  [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.