Aparıcı hüquqşünas

  • PMD Group
  • Elanın qoyulma tarixi: 03.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Aparıcı hüquqşünas vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin izlənilməsi, qanunvericilikdə dəyişikliklərin öyrənilməsi, bununla bağlı araşdırma aparılması, aidiyyəti vəzifəli şəxslərə sorğu üzrə bununla bağlı məlumatların verilməsi;
 Şirkətin qaydalarına, daxili normativ sənədlərinə baxılması və qanunvericiliyə uyğunluğunun yoxlanılması;
 Hüquq şöbəsinə daxil olan və ya birbaşa rəhbəri tərəfindən verilən sənədlərin yoxlanılması və imzalanması üçün hazırlanması;
 Yeni müqavilə və razılaşmaların və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
 Layihələr üzrə müqavilə və sənədlərin hazırlanması ilə əlaqədar hüquqi məsələlərin həll olunmasına dair aparılan danışıqlarda iştirak etmək, görüş və müzakirələrin aparılması;
 Hüquqi sənədlərin icrasından yaranan mübahisələrlə bağlı aparılan danışıqlarda iştirak etmək;
 Şirkətin tərəfdaşları ilə münasibətlərdə şirkətin hüquq və mənafeyinin qorunması (danışıqlar prosesində iştirak etmək, tələbləri izah edib təmin etmək);
 Müqavilənin icrası zamanı və xitamı ilə bağlı hüquqi məsələlərə dair rəy vermək;
 Hüquqi sənədlərin daxili qaydalara uyğun hazırlanmasını təmin etmək;
 Birbaşa rəhbər tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi;
 Təhlükəsizlik qaydalarına riayət etmək, özünün və digərlərinin həyatına təhlükəyə atacaq əməllərdən yayınmaq.                                                                                                        

Tələblər:

 Hüquq ixtisası üzrə ali təhsil;
 Korporativ hüquq sahəsində azı 3 il iş təcrübəsi;
 Tikinti sahəsində iş təcrübəsi;
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
 Kompüter bacarıqları: MS Office;
 Məsuliyyətli, intizamlı olmaq.

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi