Hüquqşünas (Korporativ sahə üzrə)

İşin təsviri

Hüquqşünas (Korporativ sahə üzrə)

20 ildən artıq  konsalting aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  şirkətinə lahiyələrin  və müştəri portfelinin sayının artması ilə bağlı Hüquqşunas ( Korporativ sahə üzrə)  tələb olunur.

Niyə məhz Biz

- Davamlı olaraq işləmək istəyəcəyiniz pozitiv komanda və etibarlı şirkətik
- 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
- Kreativ ideyaları yaradırıq
- İstedadlı gənclərə yol açırıq
- Peşakarlarla inkişafa şərait yaradırıq

Vəzifə və öhdəliklər

∙ Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
∙ Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
∙ Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
∙ Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
∙ Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
∙ Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
∙ Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
∙ Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
∙ Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
∙ Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
∙ Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
∙ Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

Hüquqşünas  aşağıdakıları bilməlidir:

 Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;
 Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə,miqrasiya, inzibati hüquqları;
 Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin,   tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
 Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
 Hesablama texnikası, rabitə və əlaqə vasitələrini
 İşgüzar ünsiyyət etikasını;
 Kargüzarlığın təşkilinin əsaslarını;
 Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
 Daxili əmək intizamı qaydalarını;

Namizədə olan tələblər

∙ Hüquq elmləri üzrə ali təhsil;
∙ Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
∙ Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
∙ Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
∙ Yaş məhdudiyyəti: 30 yaş – 55 yaş. 

Şərtlər:

∙ Tam iş günü, iş qrafiki 9.00-18.00 ;
∙ Əmək haqqı müsahibə əsasında (1000-1500 AZN)

Maraqlanan şəxslər xahiş olunur CV-lərini [email protected] ünvanına göndərsinlər.