İş icraçısı

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 26.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş icraçısı

İş barədə məlumat

- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edilməsi;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasının təmin edilməsi;
- İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi;
- Tikinti obyektləri üçün texniki sənədin alınmasının və saxlanmasının təmin edilməsi;
- Fəhlələri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır;
- Fəhlələrin əməyin mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.

Namizədə tələblər

- ali ixtisas təhsili (inşaat mühəndisi)
- müvafiq vəzifədə ən azı 5 il iş stajı
- tikinti sahəsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri bilməlidir
- məsuliyyətli, dəqiq və peşakar olmalı
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasibətlərinin nizamlama qaydalarını bilməli.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerinə "İş icraçısı" yazaraq [email protected] ünvanına göndərə bilərlər.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar