Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi.
Vəzifə öhdəlikləri:
- Mühasibat hesablarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
- Bölgələrdən sənədlərin təhvili;
- Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi.
Tələblər:
- Vergi uçotu sahəsində biliklər;
- Micro proqram biliyi arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.