ERP Leading Specialist

  • Company
  • Elanın qoyulma tarixi: 18.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ERP Leading Specialist

Vəzifələri:

• Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işlərin icrasını həyata keçirir;
• Mütəmadi olaraq şirkətin Avtomatlaşdırılmış Sistemlərinin (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed) və şirkətdə fəaliyyət göstərən diqər informasiya sistemlərinin mövcud vəziyyətlərini təhlil edir və tələb olunan funksional dəyişikliklərin həyata keçirilməsi üzrə proqramlaşdırma işlərini həyata keçirir;
• Şirkətdə istifadə olunan proqram təminatlarının və funksional informasiya sistemləri arasında məlumat mübadilələri üçün tələb olunan interfeys əlaqələrinin yaradılmasında iştirak edir;
• Avtomatlaşdırılmış Sistemlərinin istehsalçısı tərəfindən müvafiq modul və ekran formaları üzrə təqdim olunan dəyişikliklərin və yeni versiyalarının  tətbiqini həyata keçirir;
• Avtomatlaşdırılmış Sistemlərindən məlumatların tələb olunan xüsusi hesabat formalarına  keçirilməsini təmin edir;
• Avtomatlaşdırılmış Sistemlərinin funksional təkmilləşdirilməsi üzrə tələb olunan işləri həyata keçirir və bununla bağlı İT menecerinə təkliflər verir;
• İnformasiya sistemləri arasında tələb olunan əlaqə interfeyslərinin sazlanmasını təmin edir;
• Məsul olduğu informasiya sistemlərində və proqram təminatlarında baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
 
• İstifadəçilərin müraciətləri əsasında Avtomatlaşdırılmış Sistemlərində və Şirkətdə istifadə olunan digər proqram təminatlarında aşkar olunmuş nöqsan və xətaların aradan qaldırılması üçün departamentin əlaqədar digər struktur vahidlərinə və ya xaricdən xidmət göstərən şirkətlərə sorğuların göndərir və icrasına nəzarəti təmin edir;
• Şirkətin struktur bölmələri tərəfindən avtomatlaşdırılması tələb olunan funksiyaları təhlil edir və müvafiq proqramlaşdırma işlərini  həyata keçir;
• Qrup tərəfindən hazırlanan proqram təminatlarının test rejimdə yoxlanılmasını və real rejimdə istifadəyə verilməsini həyata keçirir;
• Proqram təminatlarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
• Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır.
• Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT menecerinə hesabatlar təqdim edir;
• İT meneceri qrupun işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirir;
• Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Vəzifəyə olan tələblər:

• Ali təhsil;
• Azərbaycan/rus/ingilis dilləri;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• informasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqda geniş biliklərin olması;
• SQL, PL SQL və ya Java proqramlaşdırma dillərində sərbəst işləmək bacarığı;
• Oracle məlumat bazalarının idarəetmə sistemlərin iş prinsiplərin bilməsi;
• Əlaqədar sahədə 2 (iki) ildən artıq iş təcrübəsi;
• Məxfilik qaydalarına riayət etmək;
• Müstəqil qərar vermək qabiliyyətinə malik olmalı;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləməyi bacarığı;
• Qrupun işlərini icra etmək bacarığı;

Salary: 1200 AZN Net

Interested Candidates please send your CV noting your minimum salary expectation to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.