Mühasib
Vəzifə öhdəlikləri:
- Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Mal-materialların uçotunun aparılması;
- İşçilərin əmək haqqlarının hesablanması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- Yaş həddi: 25-40 yaş
- Azərbaycan, rus və ingilis dili biliyi
- MS Office proqramları üzrə biliklər, BTP, EFP proqramları ilə işləmə bacarığı;
- İnternet Bankinglə online ödənişləri həyata keçirmə bacarığı;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
Maraqlananlar öz şəkilli CV formalarını [email protected] ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.