Satış Meneceri

  • Billur MMC
  • Elanın qoyulma tarixi: 17.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BİZ KİMİK?

Biz - «BİLLUR MS» şirkəti  2013-cü ildə təsis edilib. Şirkət otel məhsullarının kompleks təminatı üzrə xidmət göstərir. Məhsulların keyfiyyəti və göstərdiyi xidmətin səviyyəsi ilə seçilən «BİLLUR MS» 6 il ərzində ölkənin ən nüfuzlu otelləri və qeyri-otelləri ilə  əməkdaşlıq etməyə başlamışdır.

Otel, restoran sektorları ilə yanaşı xəstəxana, SPA və Fitness mərkəzləri kimi müxtəlif sahələrdən olan 597-dən çox müəssisəyə peşəkar gigiyenik, kosmetik, təmizlik və tekstil məhsullarını təklif edirik.

Bütün fəaliyyətimizi diqqətli analiz edir və peşəkar komandamızla növbəti hədəflərə doğru ciddi addımlar atırıq!

Bizim komandamıza - gənc, enerjili və satışda uğur qazanmaq istəyən satış üzrə menecerləri dəvət edirik!

Əgər SƏNdə bu xüsusiyyətlər varsa dərhal bizimlə görüşə bilərsən 

• İnsanlarla rahatlıqla ünsiyyət qura bilirsənsə;
• Danışıq qabiliyyətin ortanın üzərindədirsə; (Rus dilini də bilməyin üstünlüyündür)
• Şirkətin satış həcminin artırılmasına dəstək verməyə hazırsansa;
• Satışın qaydaları, əsasları və strukturunu tam bilməyə ehtiyac yoxdur, minimal biliklərin və bir balaca da təcrübən varsa ;
• Otel, Klinika, SPA və Fitness mərkəzləri ilə işləmək istəyirsənsə ;
• Pozitiv auraya köklənmisənsə və məqsədinə çatmaq üçün gecə gündüz çalışırsansa;

BİZ SƏNİN YOLUNU GÖZLƏYİRİK

Birlikdə BİZ nələr edəcəyik?

• Yeni müştərilərin daima sorağında olacayıq və mövcud müştərilərlə isə əlaqələri daha da gücləndirəcəyik;
• Müştərilərlə sistemli telefonla əlaqə saxlayıb istəklərini öyrənəcəyik;
• Gündəlik olaraq təqib cədvəlində olan müştərilərimiz ilə görüşəcəyik;
• Gün ərzində gördüyümüz işlərin hesabatını rəhbərliyə təqdim edib məsləhətlər alacayıq;
• Aylıq satışları artırmağın yollarını birlikdə axtaracayıq.

BİZ nə təklif edirik?

• Əməkhaqqı: 350 – 600  maaş + faizlər; (Namizədin bilik və bacarıqlarına görə müsbət dəyişikliklər ola bilər)
• Öz bilik və bacarıqlarını şirkətin inkişafı yolunda paylaşmağa hazır olan kollektivdə iş;
• Rəsmi əmək haqqı və məzuniyyət

Əgər təklifimiz maraqlı oldusa şəkilli CV-lərinizi  [email protected] ünvanına “Satış Meneceri” başlığı ilə göndərməyiniz rica edirik.