SMM

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 17.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “SMM” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi
- Hazırlanmış kontentin web sayt, sosial mediya və blog-a yerləşdirilməsi
- Hazırlanmış kontentin sosial mediyada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq
- Kontentin yerləşdirildiyi yerlərdə (web sayt, sosial mediya və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi
- Kontentin inkişaf etdirilməsində daima yeni ideyaları təklifi 

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00

Tələblər:

- Social Media Marketing (SMM) üzrə bilik və təcrübə
- Əla səviyyədə Azərbaycan və rus dili bilikləri
- "Copywriting" qabiliyyəti (Azərbaycan və rus dillərində)
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Bakalavr dərəcəsi mütləqdir
- Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “SMM” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.