Anbar məxaricinin sənədləşməsi mütəxəssisi (Uçotçu)

  • Elanın qoyulma tarixi: 14.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Anbar məxaricinin sənədləşməsi mütəxəssisi (Uçotçu)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 0-1 il
Təhsil: Ali təhsil

İşin Təsviri: Sənədlərin düzgünlüyünün təmin olunması və təhvil verilməsi.

Vəzifə öhdəlikləri:

- Gündəlik fakturanın qayıtma gününə əsasən sənədlərin sayında artıq, kəsr və təhvil verilməyən sənədlərin siyahısını hazırlamaq, rəhbərliyə və aidiyyəti şəxslərə hesabat formasında göndərmək;
- Sifarişlərin fakturalarında və anbar sənədlərində yaranan problemlərlə bağlı müvafiq nəqliyyat strukturlarını məlumatlandırmaq və problem həll olunana qədər təqib etmək;
- Lokal sifarişlərin fakturalarında yaranan problemlərlə bağlı aidiyyəti şəxslərlə danışıqlar aparmaq və sənədlərin gecikməsinin qarşısını almaq;
- Gündəlik sifarişlərin sayına uyğun faktura kəsilib kəsilməməsini yoxlamaq, kəsilməyən və ya artıq kəsilən fakturalar olduğu halda zamanında problemi həll etmək;
- Təhvil alınmış və kontrol edilmiş anbar sənədlərini vaxtında arxiv əməkdaşına təhvil vermək;
- Şirkət mağazasına satış, birbaşa anbardan satış, şirkət yardımı, laboratoriya və marketinq tədbirləri üçün sifarişləri başlatmaq və fakturalayaraq fakturanı aidiyyəti şəxsə təhvil vermək;
- Kənar anbarlardan müraciət əsasında olan sifarişləri fakturalamaq və bu haqda anbar müdirini və aidiyyəti şəxsləri  məlumatlandırmaq;
- Anbarın sistem stokunun düzgünlüyünə nəzarət etmək.

Tələblər:

- Məsuliyyətli və diqqətli olmaq;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Anbar məxaricinin sənədləşməsi mütəxəssisi (Uçotçu)” yazaraq CV göndərməklə müraciət edilir.