Qəbələ Regional Xidmət Mərkəzinin Satış təmsilçisi

  • Komtec Ltd
  • Elanın qoyulma tarixi: 13.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1. Müştəri xidmətləri bölməsi tərəfindən ödəmə terminalları ilə bağlı Satış bölməsinə göndərilən müraciətlərə aidiyyəti üzrə baxır, həmin müraciətləri həll edib Müştəri xidmətləri bölməsinin əməkdaşını məlumatlandırır
2. Yeni ödəmə terminallarının quraşdırılması üzrə
• ödəmə terminalları qoyula biləcək yeni ünvanları (sahələri, yerləri) müəyyənləşdirir
• yerində baxış keçirir, baxış(təsis) formunu doldurub rəhbərinin və Təhlükəsizlik departamentinin müvafiq əməkdaşının təsdiqlərinə göndərir
•  müəyyən bazar araşdırmaları aparır
• ünvan sahibləri( fərdi sahibkarlar və hüquqi şəxslərin rəhbəri) ilə danışıqlar aparır
3. Ödəmə terminalları üzrə sənədləşdirmə
• yeni ödəmə terminallarının qoyulması(quraşdırılması) ilə bağlı icarə müqavilələri formalarını doldurur
• mövcud icarə müqavilələrinə əlavə və dəyişikliklərin, müqavilələrə xitam verilməsi barədə məktubların hazırlanması üçün Hüquq bölməsinə sifarişlər verir
• hazırlanmış icarə müqavilələrini, mövcud icarə müqavilələrinə Əlavə və dəyişiklikləri, müqavilələrin ləğv edilməsi ilə əlaqədar məktubları imzalanması üçün tərəflərə təqdim edir
• Komtecə çatacaq imzalanmış nüsxələrin “Ödəmə terminalları üzrə İcarə müqavilələrinin qeydiyyatı kitabı”nda  qeydiyyatını aparıb, Hüquq bölməsinin əməkdaşına imza etdirməklə təhvil verir.
4. Ödəmə terminallarının fəaliyyəti üzrə
• ÖT bağlı məlumatları “Ödəmə terminallarının Dislokasiyası”na daxil edir
• ay başa çatdıqda növbəti ayın ilk 2(iki) iş günü ərzində cavabdeh olduğu ərazidə yeni ÖT-lərin quraşdırılması, yerdəyişməsi və ya fəaliyyətlərinə xitam verilməsi barədə hesabatı təsdiq edib, Satış bölməsinin rəhbərinə göndərir
• Kütləvi xidmət müəssisələri(KXM) üzrə aylıq dövriyyə hesabatı üzrə ÖT-lərin analitik təhlilində iştirak edir
• həmin təhlilə əsasən cavabdeh olduğu ərazi üzrə müəyyən zəruri tədbirlərin görülməsi üçün təkliflər verməklə, “RXM-də quraşdırılması və fəaliyyətlərinə xitam verilməsi nəzərdə tutulmuş ödəmə terminallarının” Planının hazırlanmasında iştirak edir
5. Təyin olunan ərazi üzrə
• Mövcud ÖT-lərə yerlərdə  müntəzəm olaraq baxış keçirir
• ÖT-lərin saz vəziyyətdə olmasına nəzarət edir
• ÖT-lərdəki  texniki nasazlıq müəyyən etdikdə bu barədə Texnikals. və Sales hesabatına əlavələr  edir
• rəhbərinin ÖT-lərlə bağlı əlavə tapşırıqlarını icra edir
• ünvan sahiblərini reklam məhsulları ilə təmin edir

Yaş həddi 21-40
6 günlük iş həftəsi.
Ərazi – Qəbələ və ətraf  rayonlar.
Azərbaycan dili əla ,rus dili yaxşı səviyyədə
Şəxsi  avtomobilin olması mütləqdir. 4x4 offroader və ya sedan

CV-lər [email protected] mailinə göndərilsin.