Deklarant

  • Embawood
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 23 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Embawood MMC "Deklarant” vakansiyası elan edir

İş yeri: Bakı, Azərbaycan
Iş qrafiki: 5 günlük / saat 09:00 – 18:00

Işin təsviri:

• Qısa idxal və əsas bəyannamələrin düzənlənməsi
• Logistika şöbəsi tərəfindən təşkil olunan daşınmalar zamanı nəqliyyat vasitələri və idxal olunan malların ixrac sənədlərini şöbə daxilindəki əmkdaşlardan alınması
• Daşınmanın təşkili tədarükçü tərəfindən təşkil edildiyi hallarda qısa idxal və əsas bəyannamənin yazılması üçün ixrac sənədlərinin təchizat şöbəsindən alınması
• Qısa idxal bəyannamələrinin nömrələrinin sərhəd məntəqələrinə və nəqliyyatçılara bildirilməsi, lazım olduğu hallarda təchizat şöbəsinə bildirməsi
• Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
• Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənməsi
• Yolda olan yüklər üçün  qısa idxal bəyannamələrinin düzənlənməsi
• Boşaltma yerlərinə çatan yüklərin əsas gömrük bəyannaməsinin düzənlənməsi

Tələblər:

- Ali təhsil (İqtisadiyyat, maliyyə üzrə)
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Microsoft office, 1C sistemini  bilənlərə üstünlük verilir
- Azərbaycan və Rus dilləri biliyi əla, Ingilis dili orta səviyyədə
- Yaş həddi: 25 yaşından yuxarı

Maraqlanan namizədlər mövzu yerində " Deklarant” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər

Əlavə məlumatı aşağıdaki linklərdən əldə edə bilərsiniz:

https://www.facebook.com/Embawood-Careers-1765949700198168/notifications/
https://www.linkedin.com/company/embawood/

İşəgötürənin reytinqi