Xərclər üzrə mühasib

İşin təsviri

Lankaran Springs & Wellness Resortxərclər üzrə mühasib vəzifəsi üçün işçi qəbulu elan edir

Əsas Öhdəliklər

 Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
 Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
 Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
 Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
 Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
 Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
 Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
 Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
 Şöbələrini mənfəətlə idarə etmək məqsədi ilə Departament rəhbərlərinə həftəlik/aylıq əsasında xərcləri üzrə hesabatları göndərmək.
 Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək.

Tələblər:

• Ali təhsil (İqtisadi yönümlü təhsili olanlara üstünlük veriləcək)
• Minimum 1 il “Xərclər üzrə mühasib” kimi təcrübəyə sahib olmaq
• Otel təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan və İngilis dilinə mükəmməl hakimiyyət, Rus dili arzuolunandır
• Lənkəranda iqamət etmək və işləmək imkanı
• Həftədə 6 günlük cədvəllə işləmək

Təklif edirik:

• Lənkəranda yaşamaq üçün imkan (əməkdaşlar paylaşılan otaq 2 nəfərlik)
• Tibbi sığorta
•  Növbədə (işdə) olarkən yemək Otel tərəfindən təmin olunur
• Maaş – müsahibə əsasında təyin olunur

CV nümunələri “Xərclər üzrə mühasib” başlığı ilə [email protected] ünvanına gödərilməlidir.