Hüquqşünas

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 23.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Hüquqşünas

Namizədə tələblər

• Bəy namizədlər
• Yaş: 24-35
• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: minimum 1 il.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Məhkəmə prosesində şirkəti nümayəndə olaraq təmsil etmək
• Ödəniş etməyən cavabdehlərin işlərini məhkəməyə təqdim etmək üçün iddia ərizələri hazırlamaq və məhkəməyə təqdim etmək
• Müəyyən olunmuş zərər vuran şəxsləri şirkətə dəvət etmək
• Zərər vuran şəxslərlə danışıqlar aparmaq
• Zərər vuran şəxslərlə müvafiq müqavilələr bağlamaq
• Digər sığorta şirkətlərinin subroqasiya tələblərini təhlil edib ödənişin aparılıb və ya aparılmaması barəsində yazılı təkliflər hazırlamaq
• Şöbənin fəaliyyəti barəsində tələb olunan zaman hesabatlar hazırlamaq
• Şöbənin hesabatlarının hazırlanmasında birbaşa rəhbərə köməklik göstərmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 18:00 dək.
• Əmək haqqı müsahibə əsasında bildiriləcək.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas ” qeyd etmələri xahiş olunur.