Planlaşdırma sektorunun müdiri

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 22.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Planlaşdırma sektorunun müdiri

Əsas vəzifə və öhdəliklər:

• Qurumda əməliyyat idarəetmə planlarının formalaşması,prosesinin qurulması,idarə edilməsi,icrasına nəzarət və aidiyyatı struktur bölmələrə metodiki dəstək olunması;
• Sahibkarlar, bazar subyektləri və ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması üzrə müəssisənin aidiyyatı strukturları ilə sıx əməkdaşlığın edilməsi;
• Aidiyyatı struktur bölmələr üçün qaydaların hazırlanması və təkmilləşdirilməsi prosesinin təşkil olunması
• Müvafiq ərazi idarələrindən məlumatların alınması, təhlil edilməsi və sistemləşdirilərək strateji istiqamətdə planların hazırlanması
• Şöbənin fəaliyyəti ilə bağlı analitik hesabatların hazırlanması;
• Funksional təlim matrisinin hazırlanması və icrasına nəzarət
• Əməliyyat planlarının icrası üzrə monitorinq və hesabatların təşkil olunması
• Əsas Fəaliyyət indikatorları üzrə funksional nəticələrin qiymətləndirilməsi prosesinin təşkili və ona nəzarət
• Əməliyyat idarəetmə sahəsində qabaqcıl təcrübənin və qurumun təşkili üzrə innovativ təkliflərin hazırlanması

Tələblər:

• Ali təhsil (iqtisadiyyat,idarəetmə və ya maliyyə üzrə);
• Anoloji sahədə minimum 5 il təcrübə
• Səlis Azərbaycan və yüksək İngilis dil bacarığı
• MS Office MSBİ system bilikləri

Digər bacarıqlar:

• Strateji və analitik düşünmə,
• Büdcə Planlama
• Data analizi

İş haqqında:

• İş yeri: Dövlət Qurumu
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.
• Maaş: Ştat cədvəlinə uyğun olaraq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Planlaşdırma sektorunun müdiri yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq