İT proseslərinin idarə edilməsi üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 20.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İT proseslərinin idarə edilməsi üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 - 40 yaş  

İşin Təsviri: İnformasiya texnologiyaları proseslərinin hazırlanması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

- İnformasiya texnologiyaları xidmətlərinin kataloqunun yaradılması və hər bir informasiya texnologiyaları xidməti üzrə mövcud proseslərin davamiyyət sxeminin çəkilməsi;
- Proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və yeni proseslərin hazırlanması, hər bir proses üzrə prosedurların yazılması;
- İnformasiya texnologiyaları siyasətləri, standartları və prosedurlarının, həmçinin informasiya sistemlərinin istismar qaydalarının hazırlanması və onların mütəmadi yenilənməsinin təmin edilməsi.

Tələblər:

- Biznes proseslərin hazırlanmasında təcrübənin olması;
- Texniki sənədlərin hazırlanmasında təcrübənin olması;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT proseslərin idarə edilməsi üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.