Satınalma meneceri

  • Embawood
  • Elanın qoyulma tarixi: 17.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Embawood MMC "Satınalma meneceri” vakansiyası elan edir

İş yeri: Bakı, Azərbaycan
İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00

İşin təsviri:

• Daxili və Xarici bazarların təhlil edilməsi
• Şirkətlərlə və təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
• Alış tələbnamələrinin vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
• Alış müqavilələrinin hazırlanması və bağlanması
• Müqavilə şərtlərinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi
• Alınmış malların müvafiq qaydada mədaxil olunması və sistemə işlənilməsi
• Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
• Çatdırılmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi

Tələblər :

- Ali təhsil (İqtisadiyyat, idarəetmə üzrə)
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Microsoft office, 1C
- Türk, Rus, Ingilis dili biliyi

Maraqlanan namizədlər mövzu yerində "Satınalma meneceri” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər
Əlavə məlumatı aşağıdaki linklərdən əldə edə bilərsiniz:
https://www.facebook.com/Embawood-Careers-1765949700198168/notifications/
https://www.linkedin.com/company/embawood/

İşəgötürənin reytinqi