Memar

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Memar vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Layihənin AR qanunlarına və qaydalarına uyğunluğunu təmin etmək üçün layihə və / və ya memarlıq və ya mühəndislik planlarını, texniki şərtləri və müqavilə sənədlərini nəzərdən keçirmək.
 Layihə ilə bağlı ilkin dizaynları, işçi təsvirlərini, spesifikasiyasını və ehtimal texniki dəyərləndirməni  (BOQ) hazırlamaq və nəzərdən keçirmək.
 Memarlıq strukturları, sistemləri və tikintisi ilə bağlı prosedurların hazırlanması və ya nəzərdən keçirilməsində texniki ekspertizanı təmin etmək.
 Tikinti materialları, struktur, mexaniki və elektrik sistemi kodları və tətbiq üsulları biliklərinə malik olmaq.
 Müştəri tərəfindən təqdim olunmuş layihələri, təsdiq  olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək.
 Müştərilər haqqında faktları toplamaq, dizayn və planlaşdırma problemlərini müəyyənləşdirmək, mümkün çözümlərin konsepsiyası və təkliflərin təhlükəsizliyini təsdiqləmək üçün çalışmaq. Toplanan məlumatlara əsaslanan layihə haqqında qısa məlumatların hazırlanmasını bacarmaq.
 Müştəri tərəfindən verilən bütün sənədləri  nəzərdən keçirmək, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
 Memarlıq, daxili interyer və planlaşdırma həllərini araşdırmaq və dəyişdirmək üçün məsləhətlər vermək və dizayn sənədlərini hazırlamaq.
 Rəng palitraları, işıqlandırma və digər müxtəlif daxili və xarici seçimlər daxil olmaqla
bütün seçimləri təmin etmək.

Tələblər:

 Məsuliyyətli, intizamlı olmaq
 Öz təşəbbüsünü ifadə etmək bacarığı
 Peşəkarlıq və təqdimat etmə bacarığı
 Müvafiq sahə üzrə azı 6 il iş təcrübəsi
 Memarlıq ixtisası üzrə ali təhsil
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
 Kompüter bacarıqları: MS Office, Autocad, 3D Max, Lumion və başqa 3D programları

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi