Layihələr üzrə Aparıcı İT mütəxəssisi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Layihələr üzrə Aparıcı İT  mütəxəssisi vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 İT Layihənin mərhələlərini və biznes prosesə təsirini müəyyən etmək
 İT layihəni bütünlükdə koordinasiya emək və statusu haqqında hesabatlar vermək, o cümlədən aylıq hesabatlar hazırlamaq
 Layihə cizgilərinə uyğun olaraq İT xidmətlərini təhlil etmək
 Layihə cədvəlini hazırlamaq və işlərin cədvələ uyğun getməsinə nəzarət etmək
 Layihə şirkətlərinin təqdim etdiyi İT layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək
 İT Layihələr ilə bağlı Texniki tapşırıqları hazırlamaq
 İT Layihələrlə bağlı podratçının işinin keyfiyyətinə nəzarət etmək
 İT layihələri üçün seçilən avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
 İT işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək vermək. Tender prosesində şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsini və qiymətləndirilməsini həyata keçirmək
 Qiymətləri, vaxt aralığını və standartları razılaşdırmaq və layihə boyunca bu məsələləri nəzarətdə saxlamaq
 Rəhbərliyi və komandanı yeniliklərlə bağlı daimi məlumatlandırmaq
 Layihə bitdikdən sonra bütün mərhələləri qiymətləndirmək
 Kompleks məlumatları və tələbləri qəbul etmək və bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək

Tələblər:

 İT sahəsində 5 il, uyğun sahədə ən azı 3 il iş təcrübəsi
 Uyğun sahədə Bakalavr dərəcəsi
 Azərbaycan dili- yüksək səviyyədə, ingilis və Rus dilləri - yaxşı səviyyədə.
 Layihələrin idarə olunması üçün İT Proseslərini yüksək səviyyədə bilmək
 Layihənin koordinasiya prinsiplərini, prosedurlarını və ən yaxşı təcrübələrini bilmək
 Həm yazılı həm də şifahi kommunikasiya bacarıqları
 Regionlarda işləməyə hazır olmaq

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi