Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət üzrə Mühəndis

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət  üzrə Mühəndis vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Tikinti sahələrində yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətə nəzarət üzrə qüvvədə olan standartlara, layihə sənədləri və müştərilərin tələblərinə uyğun həyata keçirilməsində iştirak etmək
 Tikinti sahələrində işlərin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək
 İşlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə üsul və təlimatların hazırlanmasında, materialların seçimində iştirak etmək
 Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin və istifadə olunan materialların keyfiyyətinə nəzarət işində iştirak etmək
 İşlərin (xidmətlərin) keyfiyyətinin pisləşməsi səbəblərini öyrənmək, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq və zəruri tədbirlər görmək
 Keyfiyyətin idarəetmə sisteminin prosedurlarının tətbiq edilməsində iştirak etmək

Tələblər:

 Keyfiyyətə nəzarət sahəsi üzrə minimum 3 il iş təcrübəsi
 Mühəndislik ixtisası üzrə ali təhsil
 Məsuliyyətli, intizamlı olmaq
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
 Kompüter bacarıqları: MS Office, Autocad

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi