Coffee lady (çayçı)

  • Metak
  • Elanın qoyulma tarixi: 26.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Coffee lady (çayçı)

İşin təsviri:

• Rəhbərliyə, şirkətin qonaqlarına və işçilərə çayın verilməsi;
• Qonaqları qəbul etmək üçün qonaq otaqlarının hazırlanması, iclas və görüşlərdən sonra otaqlarda təmizlik işlərin təşkil edilməsi;
• Ofisdə istifadə edilən bütün qabların yuyulması və mətbəxdə təmizlik işlərinin aparılması;
• Çayla süfrəyə verilən əlavələrin (şəkər, şirniyyat və s.) servis edilməsi;
• Mətbəx üçün tələb olunan məhsul və müvafiq əşyaların (yuyucu vasitələr, qab, cihaz və s.) alınması üçün  vaxtında sifarişin verilməsi;
• Ofisin təmizliyinə nəzarət edilməsi;
• Ofisdə olan ağaclara və müxtəlif bitkilərə qulluq etmək.

Namizədə tələblər:

• Yaş həddi – 28-40;
• İş təcrübəsi: 1-3 il;
• Çayın süfrəyə verilmə qaydalarını bilməli;
• Müxtəlif növ içkilərin hazırlanması qaydasını bilməli (çay, yaşıl cay, qəhvə, türk qəhvəsi, espresso, kappuçino və s.);
• Müxtəlif elektrik və qazla  işləyən su qaynadıcılarından istifadə etmə bacarığı.
• Qeyimi səliqəli və ümumi xoş xarici görünüşü olmalıdır;
• Şəxsi gigiyena və təmizliyinə diqqət yetirməli;
• Məsuliyyətli, etik davranış normalarına riayət etməli;
• Rus dili biliyi arzuolunandır;

İş şəraiti:

• Əmək haqqı 400 azn
• Həftənin 5 günü 9:00-18:00, şənbə qısaldılmış iş günü;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=82  və ya [email protected] ünvanına CV göndərərək 27.01.2019 – ci il tarixinə kimi müraciət edə bilərlər.