“Azerbaijan Poultry Company” MMC Ucar ofisi üçün Ümumi işlər üzrə köməkçi axtarışındadır.
Vəzifə öhdəlikləri
• Təşkilatın bütün ofislərində kargüzarlıq işini həyata keçirir;
• Dövlət orqanlarından təşkilata daxil olan fərman, qərar və sərəncamların qeydiyyatını və uçotunu, onların rəhbərliyə və departamentlərə çatdırılmasını təmin edir;
• Təşkilatın daxilində və xaricində zəruri sənədlərin saxlanılmasını, çatdırılmasını və daşınmasını təşkil edir;
• Təşkilata daxil olmuş, habelə icrası zəruri olan sənədlərin icra olunmasına uçot-nəzarət işini təşkil edir;
• Fəaliyyət istiqamətinə aid olan təşkilatın əmr və sərəncamlarının hazırlanmasında iştirak edir və onların qeydiyyatını təşkil edir;
• Sənədlərin surətinin çıxarılması və çoxaldılmasını təşkil edir;
• Kargüzarlıq və sənəd dövriyyəsi barədə təşkilatdaxili qaydaları işləyib hazırlayır,
• Təşkilata daxil olan və təşkilatdan çıxan bütün korrespondensiyaların uçotunun aparılmasını təşkil edir.
• Sənəd dövriyyəsinin təşkilatdaxili qaydalara uyğun aparılmasına nəzarət edir..
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Müvafiq sahədə və ya İR sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli, sərbəst şəkildə ünsiyyət qurmağı bacarmalıdır;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
• İş qrafiki 5 gün 9:00-dan 18:00-dək
Maraqlananlar Mövzu yerində Ümumi işlər üzrə köməkçi yazaraq [email protected] ünvanına göndərə bilərlər.