Qəssab

  • Əjdaha Dönər
  • Elanın qoyulma tarixi: 16.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 2017-ci ildən etibarən fəaliyyət göstərən , yerli fast food brendi olmaqla, paytaxtda bir neçə filiallara sahib  “Əjdaha” MMC Qəssab” vakansiyasını açıq elan edir.

Vəzifə Öhdəlikləri:

 Təchizatçılar tərəfindən təslim edilən  ət məhsullarının keyfiyyətinin yoxlanılması;
 Ət məhsullarının ilkin doğrama prosesinin icra edilməsi (tikələrin sümüklərdən ayrılması, tikələnməsi və s.);
 Ət məhsullarının istehsal üçün qruplaşdırılması;
 Qəssab anbarına və ət məhsullarına nəzarət;
 Lazım olan ət məhsullarının hazırlanması və tənzimlənməsi;
 Natamam məhsulların hazırlanması və tənzimlənməsi.

Tələblər :

 Xarici görünüşünə və şəxsi gigiyena qaydalarına riayət etməli;
 Oxşar vəzifədə 2 il iş təcrübəsi;
 Sıx iş qrafikinə, sərbəst iş saatlarına uyğunlaşmalı;
 Komanda ilə işləməyi  bacaran;
 Şirkətin daxili nizam-intizam qaydalarına əməl etməli;
 Kişi namizədlərin hərbi xidməti bitirməsi mütləqdir.

Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Qəssab ” başlığı ilə qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Əjdaha Dönər tərəfindən digər vakansiyalar