Böyük merçendayzer

  • Elanın qoyulma tarixi: 11.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Böyük merçendayzer

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Yaş həddi: 20-40 yaş
Təhsil: Ali təhsil

Qeyd: Vakansiya üzrə tələb qadın namizədlərədir.

İşin Təsviri: Tabeliyindəki merçendayzerlərin fəaliyyətlərinə nəzarət etmək, yaranan problemlərin həllini koordinasiya etmək.

Vəzifə öhdəlikləri:

- Mağazalar və digər satış nöqtələrinə çatdırılmış məhsulların müqavilədə göstərilən şərtlərə əsasən sərgilənməsini, vitrin, soyuducu, rəfbaşı və teşirlərdə sərgilənməsini təmin etmək;
- Məhsulların yerləşdiyi rəflər və digər inventarların üzərinə şelftolker və voblerlərin vurulması üçün lazımi avadanlıqlarla təmin olunma barədə şirkətin müvafiq əməkdaşlarına məlumat vermək;
- Satışların artırılması üçün öhdəliyində olan mağazalar və satış nöqtələrinin rəhbərliyinə təkliflər vermək, ehtiyac olduqda müştəri ilə birbaşa rəhbərini əlaqələndirmək;
- Tövsiyə rəf qiymətlərinin məhsulların üzərində, görünən yerdə və düzgün şəkildə əks olunmasına, məhsulların rəflərə, vitrinlərə, soyuduculara və digər inventarlara müəyyən edilmiş planoqram əsasında yığılmasına nəzarət etmək;
- Məhsulların planoqram qaydalarına və müqavilə şərtlərinə əsasən düzülüşü zamanı yaranan problemləri həll etmək, problemlərin həllində birbaşa rəhbəri və ehtiyac olduqda şirkətin digər əməkdaşlarından yardım istəmək;
- Tabeliyində olan işçilərə ümumi qaydaları və tapşırıqları aşılamaq, təqib etmək, işin gedişatında yaranan problemlərin həllində müvafiq addımlar atmaq;
- Tabeliyində olan işçiləri nizam-intizam qaydaları, iş vaxtı, geyim proseduru və s. təlimatlarla tanış etmək, təlimatlara əməl edilməsinə nəzarət etmək, boşluqlar aşkar etdikdə yenidən təlimatlandırmaq;
- Ayın əvvəlində tabeliyində olan əməkdaşların əvvəlcədən müəyyən edilmiş şirkət qaydaları çərçivəsində rut fəaliyyətini planlamaq və həftəlik nəticələr  barədə məlumatlandırmaq;
- Mütəmadi olaraq öhdəliyində olan mağazaları ziyarət etmək, mağazadakı şirkət əməkdaşlarının fəaliyyətini izləmək, ehtiyac olduqda tabeliyindəki işçilərə müvafiq tapşırıqlar vermək.

Tələblər:

- Yaxşı səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır);
- Liderlik qabiliyyəti;
- Şəxsi avtomobilin olması mütləqdir.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Böyük merçendayzer” yazıb göndərməklə müraciət edilir.