Video Qrafik Dizayner

  • Elanın qoyulma tarixi: 05.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Video Qrafik Dizayner
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 20-35

İşin Təsviri: Şirkətlər qrupu daxilindəki müəssisələr üçün tanıtım video çarxlarının hazırlanması.

Vəzifə öhdəlikləri:

- Tanıtım video çarxlarının hazırlanması və bu video çarxların ayda 3 dəfə (şirkət sayları və resurslar dəyişdiyi üçün) dəyişdirilməsi;
- Xüsusi günlər üçün sosial şəbəkələrdə istifadə xarakterli video çarxların hazırlanması;
- Sosial şəbəkələrdə kontent xarakterli video materialların hazırlanması;
- KSM tədbirlərin video və slayd formasında hazılanması;
- Şöbədaxili təqdimatların video formatda hazırlanması;
- Rəhbərliyin müxtəlif dövlət qurumlarında görüşləri üçün video təqdimatların hazırlanması;
- Tikintidə olan obyektlərin tikinti proseslərinin video çarxlarının hazırlanması;
- PR xarakterli videoların hazırlanması;
- Şirkətdaxili monitor üçün günlük materialların video formatında çəkilib yığılması və sərgilənməsi;
- Günlük tələbatdan irəli gələn videoların hazırlanması.

Tələblər:

- Adobe After Effect, Adobe Premiere, Adobe Photoshop, Edius, 3DS Max proqramlarında işləmək bacarığı;
- Yaradıcı qabiliyyətə malik olmaq;
- Daim öyrənmək və inkişaf etməyə meyilli olmaq;
- Dizayn sahəsindəki trendləri daim təqib etmək və yararlanmaq;
- Rəssamlıq üzrə peşə təhsilinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-ni portfolio ilə birlikdə [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Video Qrafik Dizayner” yazıb göndərməklə müraciət edilir.