Kassir

  • Miniso LLC
  • Elanın qoyulma tarixi: 04.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Niyə məhz MİNİSO?

- Hər bir əməkdaşa gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya:  Kassir

Kassir - bizim şirkətdə karyerasını qurmaq istəyən gənclərimiz üçün kifayət qədər ciddi addımdır. Bizim mağazalarımızda  fəaliyyət göstərən mağaza menecerlərin əksəriyyəti satış məsləhətçisi və kassir vəzifəsindən başlayaraq öz uğurlu karyeralarını MİNİSO-da qurublar. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Tələblər:

• Ali təhsil
• Kassir vəzifəsində iş təcrübəsi mütləqdir.
• Azərbaycan və Rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır.
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı.
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli.
• Microsoft Office programları üzrə biliklərə malik olmalı.
• İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Əmək haqqı – 450 AZN

Əsas vəzifələr:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul edir
• Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir
• Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir
• Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “kassir”  qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Miniso LLC tərəfindən digər vakansiyalar