Baş mühasib

  • PMD Group
  • Elanın qoyulma tarixi: 03.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PMD ProjectsMMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Baş mühasib vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Aylıq balansın bağlanmasına dair mühasibatlıq əməliyyatlarının icrası və ayın bağlanılması;
 Yaranmış maliyyə fərqlərinin təhlili və effektiv həll yollarının irəli sürülməsi;
 Bütün növ sənədləşmə və sistemə daxil edilmiş əməliyyatların yoxlanılması;
 Büdcə üzrə yaranmış fərqlərin təhlili;
 ƏDV, ÖMV, mənfəət, əmlak və torpaq vergi hesabatlarının yoxlanılması;
 Mühasibatlığa dair yaranmış tələblərin vaxtında cavablandırılması;
 Mövcud mühasibatlıq siyasətinin və prosedurların mütəmadi nəzərdən keçirilməsi və ehtiyac olduqda dəyişikliklərlə bağlı təkliflərin irəli sürülməsi;
 Tabeçiliyində olan işçi heyətinin tələb olunan bilik və bacarıqlara yiyələnməsi üçün lazımi təlimlərin keçirilməsi;
 Mühasibatlığa dair sənədləşmənin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
 Tapşırıqların müəyyən edilmiş müddət ərzində icrası.

Tələblər:

 Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
 Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – səlis;
 Kompüter bacarıqları: MS Office;
 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
 Peşəkar ünsiyyət və yazı bacarığı;
 Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi