Kommersiya mütəxəssisi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 03.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PMD ProjectsMMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Kommersiya mütəxəssisi vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Tenderlərin kommersiya şərtlərinin razılaşdırılması və texniki hissəsinin düzgünlüyünə nəzarət;
 Tenderə çıxarılacaq işlərin qiymət cədvəlinin yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi;
 İlkin tender ehtimalları əsasında tender təkliflərinin qiymət analizinin aparılması, uyğunsuzluqların aşkar edilməsi, müvafiq hesabatların hazırlanması;
 Tenderin əsas şərtlər toplusunun Tenderə çıxacaq paketlərin bölgüsünün razılaşdırılması;
 Tenderlərin texniki qiymətləndirmə meyarlarının razılaşdırılması;
 Texniki qiymətləndirmə hesabatlarının düzgünlüyünə nəzarət;
 Podratçının tikinti obyektlərinə, anbarların və istehsalat müəssisələrinə səfərlərin edilməsi, hazırlanmış qiymətləndirmə hesabatının düzgünlüyünə nəzarət;
 Müqavilə əlavələrinin/dəyişiklik sorğularının qiymət analizinin aparılması;
 Ödənişlərin müqavilə şərtlərinə uyğunluğuna nəzarət;

Tələblər:

 İnşaat mühəndisliyi və ya mühəndis iqtisadiyyatı sahəsində ali təhsil;
 Oxşar vəzifə öhdəlikləri və tikintinin ehtimal xərclərin hesablanması üzrə azı 2 il iş təcrübəsi;
 Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili arzuolunandır
 Kompyuter bilikləri – MS Office (Excel bilikləri – yüksək səviyyədə)
 Mühasibat və layihə xərclərinin idarə olunması konseptləri üzrə minimal anlayış;
 Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s.) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
 Xüsusilə inşaat standartlarını, əsas tikinti metodologiyalarını, eləcə də digər tikinti quraşdırma tələblərini bilmək;
 Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları;
 Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları.

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi