Hasilat sahələrinin koordinasiyası üzrə mütəxəssis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 15.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

AzerGold QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiya barədə məlumat:

Hasilat sahələrinin koordinasiyası üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
• Şöbədə kargüzarlıq işlərini aparmaq və məxfilik rejimini təmin etmək;
• İstehsalat sahələrinin koordinasiyası işlərinə köməklik və yaxından iştirak;
• İstehsalat sahələrinin təkmilləşdirilməsinə dair təkliflərdə köməklik və yaxından iştirak;
• Şirkətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulmasında iştirak etmək;
• Hasilat sahələrinin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan meyarlar:

• Təhsil: Müvafiq sahə üzrə ali təhsil
• İş təcrübəsi: Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
• Dil və komputer bilikləri: :  Azərbaycan dili (sərbəst), İngilis və Rus dilləri orta səviyyədə danışıq və yazı bacarığı,  Microsoft Office proqramlarını bilməli.

Əlavə biliklər:

• Azərbaycan və ətraf regionların quruluşu haqqında ilkin biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye tipləri haqqında ilkin biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ilkin biliklər;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Hasilat sahələrinin koordinasiyası üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi