Ofis administratoru

İşin təsviri

İşəgötürən: “Caspian Services Group” MMC

Vəzifə: Ofis administratoru

Kimə hesabat verir: İRM

Cins: Qadın

İş rejimi: Tam

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Xəritədə yeri: Ətraflı bu keçiddə

Web:   www.caspianservices.az 

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
• İstirahət: Bazar günü
• İcbari  sığorta
• Şəxsi kabinetin ayrılması
• Komfort iş şəraiti
• Perspektivli iş
• Mehriban kollektiv

Tələblər:

• Yaş həddi: 20-25
• Ali təhsilli
• İş təcrübəsi: Minimum 1 il
• Azərbaycan, rus dillərini mükəmməl və ingilis dilini yaxşı səviyyədə bilməsi
• Kompyuter bilikləri: MC Office
• Gözəl zahiri görünüşü
• Kargüzarlıq işlərini bilmək
• E-poçtla işləmək
• İşgüzar yazışmalar
• Danışıqların təşkili
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
• Kommunikasiya bacarıqları
• Əmək intizamının yüksək olması
• Təhlükəsizlik qaydalarına əməl edilməsi

Vəzifə öhdəlikləri:

• Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
• Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması;
• Karğüzarlıq işlərinin təşkil edilməsi;
• Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi;
• Faksların göndərilməsi;
• Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması;
• İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi;
• Nəqliyyat vasitələri üçün etibarnamələrin hazırlanması;
• Korporativ nömrələrin koordinasiyası;
• Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi;
• Görüşlərin təşkil edilməsi;
• Bilet və otel sifarişləri;
• Viza üçün sənədlərin hazırlanması;
• Ofisdaxili təmizlik və səliqəyə nəzarət;
• Görülən işlər barədə hesabatlar təqdim etməli;
• Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir.

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Ofis administratoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Caspian Services Group tərəfindən digər vakansiyalar