Riyaziyyat müəllimi

İşin təsviri

RİYAZİYYAT MÜƏLLİMİ / УЧИТЕЛЬ МАТЕМАТИКИ / MATHEMATICS TEACHER

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Rus bölməsi üzrə riyaziyyat müəllimi vəzifəsinə müraciət etmək üçün riyaziyyat sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq.Əmək haqqi dəsr yükündən asılı olaraq 500-800 AZN arası dəyişir.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan rus dilində mükəmməl danışma və yazma bacarığı;
• Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə;
• 12-18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.

ÖHDƏLİKLƏR

• Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
• Məktəbin tədris planının  tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
• Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
• Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
• Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında)  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla (məsələn, fizika müəllimi), [email protected] electron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/   linkinə müraciət edilə bilər.

 Son müraciət tarixi: 15 Dekabr 2018-ci il.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar