Vəzifə öhdəlikləri
• Cəmiyyətə göndərilən sənədlərin qəbulunu və qeydə alınmasını;
• Sənədlərin bölüşdürülməsini və icraçılara çatdırılmasını;
• Göndərilən sənədlərin rəsmiləşdirilməsini və yola salınmasını;
• Sənədlərin icrasına nəzarət edilməsini;
• Sənədlərin vaxtında icraçılardan qaytarılmasının tələb edilməsini;
• Sənədlərin cildlərə tikilməsini və formalaşdırılmasını;
• İşlərin hazırlanmasını və arxivə təhvil verilməsini;
• Cəmiyyətə daxil olan məktub və yazıların yoxlanılmasını və onların rəhbərliyə çatdırılmasını;
Tələblər:
• Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Müvafiq sahədə ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilini əla bilməli, Rus və İngilis dili arzuolunandır.
• Word, Excel sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
CV-nizi e-məktubunuzun mövzu hissəsində ‘Ümumi işlər üzrə köməkçi’ göstərərək [email protected] ünvanına göndərə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.