Niyə məhz MİNİSO?
- Hər bir əməkdaşa gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!
Vakansiya: Kassir
Kassir - bizim şirkətdə karyerasını qurmaq istəyən gənclərimiz üçün kifayət qədər ciddi addımdır. Bizim mağazalarımızda fəaliyyət göstərən mağaza menecerlərin əksəriyyəti satış məsləhətçisi və kassir vəzifəsindən başlayaraq öz uğurlu karyeralarını MİNİSO-da qurublar. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Tələblər:
• Ali təhsil, Natamam-ali təhsil (kollec)
• Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır
• Azərbaycan və Rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli
• Microsoft Office programları üzrə biliklərə malik olmalı
• İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır
Əsas vəzifələr:
• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul edir
• Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir
• Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir
• Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “kassir” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.