Təminat və satınalmalar sektorunun aparıcı mütəxəssisi

İşin təsviri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Təminat və satınalmalar sektorunun aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil
• Dövlət satınalmaları üzrə 2 il iş təcrübəsi
• İngilis dili yaxşı səviyyədə;
• MS Office proqram paketlərindən sərbəst şəkildə istifadə;
• Yüksək analitik bacarıqlar, operativlik və gərgin iş rejimində işləmək bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək,
• Təchizat sifarişlərinin idarə edilməsi;
• Satınalma sorğularına nəzarət;
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması;
• Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.