Keyfiyyətə nəzarət üzrə mühəndis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 28.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

AzerGoldQSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Keyfiyyətə nəzarət üzrə mühəndis

Əsas vəzifə və öhdəliklər:

• Tikinti-quraşdırma işlərinin keyfiyyətinin idarə sistemi üzrə perspektiv, illik və cari kompleks planlarının hazırlanması;
• Tikinti-quraşdırma işlərinin istehsal prosesində material, konstruksiya üçün, məlumatların keyfiyyətini yoxlamaq və sınaqdan keçirmək üçün, müasir metod, yeni alət və avadanlıqların tətbiqini təşkil etmək;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• Tikinti-quraşdırma işlərinin istehsalında, inşaat konstruksiya və tədarüklərin hazırlanma prosesində meydana çıxam qüsurların səbəblərini müntəzəm olaraq öyrənmək;
• Qüsurların aradan qaldırılmasına sərf olunan itkiləri təhlil etmək və onların ləğvi üçün tədbirlər görmək;
• Yerli şəraitə uyğun olaraq, sənaye məhsullarının və tikinti-quraşdırma işlərinin keyfiyyətini qiymətləndirmək;
• Tikinti-quraşdırma işlərinin və əraziyə daxil olan material ehtiyatlarının keyfiyyətsizliyi haqqında  rəhbərliyə məlumat vermək;
• Keyfiyyətsiz mal-materiallar üçün müvafiq sənədləşdirmə işlərini yerinə yetirmək;
• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Müvafiq qanunvericilik aktları və normalarını;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Keyfiyyətə nəzarət üzrə mühəndis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə  saxlanılacaq.

İşəgötürənin reytinqi