Mühasib
Otel
İş yeri (şəhər): Şamaxı
Əmək haqqı: 500-600 AZN
İş şəraiti:
• Bazar ertəsi – cümə: saat 09:00 - 18:00
• İşçi Bakı şəhərindən və ya başqa rayondan olarsa, şirkət tərəfindən oteldə qalmağa yer və yeməklə ilə təmin olunur
Son tarix : 2018-10-31
E-poçt: [email protected]
İş barədə məlumat
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Ödənişləri nəzarətdə saxlamaq
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
- Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Yaş həddi 25-45
- MS Office - Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
- Riyazi qabiliyyəti mükəmməl olmalı
- Vergi qanunvericiliyini bilmək
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək [email protected] ünvanına göndərə bilərsiniz.