Məlumat Şöbəsinə Mütəxəssis

İşin təsviri

Atmosphere Lounge & Restaurant

Bakıda yeni fəaliyyətə başlayan möhtəşəm  məkan olan Atmosphere Lounge & Restaurant öz ekslkyuziv interyer dizaynı, hər yaşda insanın bütün qayğılarından tamamən uzaqlaşaraq unudulmaz əyləncəli zaman keçirəcəyi və dünya mətbəxinin ən ləziz təamlarını dadacağı yeganə məkandır. Atmosphere Lounge & Restaurant heyəti, mehriban və güclü kollektivdə işləmək arzusunda olan hər kəs üçün bir şans yaratmaqla,  Məlumat Şöbəsinə Mütəxəssis vəzifəsinə  işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 20-30;
• Cins: Qadın;
• Mehriban ünsiyyət qurma bacarığı
• Düzgün və səlis diksiyaya sahib
• Dil bilikləri:Azərbaycan (səlist), Rus (səlist) , İngilis (orta)
• Qənaətbəxş xarici görünüşlü
• Gülərüzlü və qonaqpərvər
• Səbirli və məsələnin operativ və pozitiv həllinə yönümlülük
• Dinamik iş tempindən işləməyi bacaran

Əsas vəzifə və öhdəliklər:

• Qonaqların pozitiv əhval- ruhiyyə ilə qarşılanması və yola salınması
• Müştərilərin suallarını ətraflı olaraq səbrlə cavablandırmaq
• Rezervasiyaların qəbul edilməsi, təyini, yönləndirilməsi və s.
• Müştərilərin hər hansı bir istəyi ilə bağlı məsləhət vemək, yardımçı olmaq.

Şərtlər:

• İş qrafiki: həftəfə 6 gün , 10 saat
• Nahar müəssisə tərəfindən təmin edilir.
• Əmək haqqı namizədin peşəkarlağına istinadən dəyişən intervalda 450-700 azn
• Restoran , otel tipli iş yerlərində fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcəkdir.
• Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli e-mailin mövzu hissəsində Məlumat Şöbəsinə Mütəxəssis qeyd edərək [email protected]  e-ünvanına göndərsinlər. Namizdin göndərmiş olduğu şəkilsiz CV –lər təqib edilməyəcəkdir.
• Ünvan: Bakı şəh, Z.Xəlilov 25 B, tel: (0125) 55 20 55;

Atmospehere Lounge&Restaurant tərəfindən digər vakansiyalar