Planlaşdırma Sektor müdiri

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 25.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Planlaşdırma Sektor müdiri

Təhsil:

Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya maliyyə üzrə təhsil);

Xüsusi biliklər

Strateji idarəetmə, habelə layihələrin idarəedilməsi, əməliyyat idarəetməsi, risklərin idarəedilməsi, dəyişikliklərin idarə olunması, informasiyaların idarəedilməsi və hesabatlılıq, resursların planlaşdırılması və büdcə üzrə geniş biliklər, PMP

Təcrübə:

Analatik təhlil sahəsində 5 illik iş təcrübəsi

Dil bacarığı:

Səlis Azərbaycan və ingilis dilində yazmaq, oxumaq, danışmaq və təqdimat bacarığı;

Kompüter bacarığı

MS Office proqramları və MS Bİ sistemi bilikləri;

Digər bacarıqlar:

Strateji və analitik düşünmə, data analizi, innovativlik, təşəbbüskarlıq və əsaslı mühakimə, iş yerində münaqişələrin idarəedilməsi, heyətin idarə edilməsi və planlaşdırma, ünsiyyət qurma və koordinasiya habelə  iş bölgüsünün aparılması və deleqasiya.

Vəzifə Funksiyaları:

• Qurumun ümumi iqtisadi fəaliyyətini qiymətləndirmək və planlamaq;
• Qurumun çağrı mərkəzinin fəaliyyətinə nəzarət etmək və mərkəzin işinin müasir standartlara uyğun qurulmasını təmin etmək;
• Şöbənin fəaliyyəti ilə bağlı analatik hesabatların hazırlanması

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Planlaşdırma Sektor müdiri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!