Atmosphere Lounge & Restaurant
Bakıda yeni fəaliyyətə başlayan möhtəşəm məkan olan Atmosphere Lounge & Restaurant öz ekslkyuziv interyer dizaynı, hər yaşda insanın bütün qayğılarından tamamən uzaqlaşaraq unudulmaz əyləncəli zaman keçirəcəyi və dünya mətbəxinin ən ləziz təamlarını dadacağı yeganə məkandır. Atmosphere Lounge & Restaurant heyəti, mehriban və güclü kollektivdə işləmək arzusunda olan hər kəs üçün bir şans yaratmaqla, Məlumat şöbəsinə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Namizədə dair əsas tələblər:
• Yaş: 20-30;
• Cins: Qadın;
• Mehriban ünsiyyət qurma bacarığı
• Düzgün və səlis diksiyaya sahib
• Qənaətbəxş xarici görünüşlü
• Gülərüzlü və qonaqpərvər
• Səbirli və məsələnin operativ və pozitiv həllinə yönümlülük
• Dinamik iş tempindən işləməyi bacaran
Əsas vəzifə və öhdəliklər:
• Qonaqların pozitiv əhval- ruhiyyə ilə qarşılanması və yola salınması
• Müştərilərin suallarını ətraflı olaraq səbrlə cavablandırmaq
• Rezervasiyaların qəbul edilməsi, təyini, yönləndirilməsi və s.
• Müştərilərin hər hansı bir istəyi ilə bağlı məsləhət vemək, yardımçı olmaq.
Şərtlər:
• İş qrafiki: həftəfə 6 gün , 10 saat
• Nahar müəssisə tərəfindən təmin edilir.
• Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli e-mailin mövzu hissəsində Məlumat Şöbəsinə Mütəxəssis qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Namizdin göndərmiş olduğu şəkilsiz CV –lər təqib edilməyəcəkdir.
Ünvan: Bakı şəh, Z.Xəlilov 25 B, tel: (0125) 55 20 55;