Operations Logistics Specialist

  • AS Prof
  • Elanın qoyulma tarixi: 24.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Operations Logistics Specialist

Bakı
Yaş: 22 - 38 yaş
Təhsil: Ali
Təcrübə: 2 il

Əmək haqqı: 1500 AZN

Namizədə tələblər:

- Şirkətin satınalma, logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili
- Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili, bazar araşdırması və təchizatçılarla görüş
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması
- Şirkətin logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması
- Dəmir,dəniz,hava və quruyollarında yükdaşımanı təşkili və təmin edilməsi

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil dərəcəsi (texniki istiqamətində olanlara üstünlük veriləcək);
• Nəqliyyat və ya logistika sahəsində(dəmir,dəniz,hava və ya quru yollarında)  ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan İngilis və Rus dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.

- İş rejimi: 1-ci -5-ci günlər-saat 09:00-dan 18:30-dək
                 6-cı gün-saat 10:00-dan-15:00-dək

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Operations Logistics Specialist " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.   Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.