Helpdesk-Analitik

  • Elanın qoyulma tarixi: 19.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Helpdesk-Analitik

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil

İşin Təsviri:

İstifadəçilərdən gələn sorğuları daimi analiz etmək və işlərin optimallaşdırılması, problemin köklü həlli üçün məsləhətlər vermək.

Vəzifə öhdəlikləri:

- Günlük, həftəlik, aylıq hesabatlar hazırlamaq və onları analiz etmək;
- Müvafiq Servis Desk proqramından sorğuların hesabatlarını daimi çıxarmaq;
- Hesabatları müvafiq struktur rəhbərləri ilə müzakirə edərək həll yolları təqdim etmək.

Tələblər:

- Analitik düşünmə bacarığı;
- Periferik qurğularda, kompüter avadanlıqlarında, şəbəkə avadanlıqlarında yaranan problemləri analiz etmək;
- Daha öncə Servis Desk proqramlarından hər hansı birini istifadə etmək (məsələn: Manage Engine, OTRS, JİRA).

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Helpdesk-Analitik” yazıb CV göndərərək müraciət edə bilərsiniz.