Baş mühasib
Namizədə tələblər:
• Yaş: 30-40
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: baş mühasib vəzifəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• Kompyuter bilikləri: MS Office/Excel (əla)/1C 8.2 (əla)
Şəxsi keyfiyyətlər:
• Analitik düşünmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Düzgünlük və Dəqiqlik
• Analiz etmə bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Qanunvericiliyi və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək ;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşımaq və aidiyyəti qurumların yoxlama proseslərini qanunvericiliyin tələbinə əsasən nizamlamaq;
• Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi məlumatların verilməsi və işlərinin aparılmasını təmin etmək;
• Maliyyə departamenti direktorunun tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
• Gömrük bəyannamələrinin işlənilməsi və icra prosesinə nəzarət etmək.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 1500-2000 AZN
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.