İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi

  • Holding
  • Elanın qoyulma tarixi: 02.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Holdinq  İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi vəzifəsi üçün ixtisaslı, təcrübəli və yüksək motivasiyalı namizədlərin axtarışını elan edir.

Vəzifələr:

 İllik işə qəbul planının  icrasını təşkil edir;
 Kadr kargüzarlığının qanunvericiliyə, daxili qaydalara uyğun aparılmasını təşkil edir:
 Əmək müqavilələrinin elektron qeydiyyatını həyata keçirir.
 İnsan Resurslarının idarə edilməsi prosesləri, qaydaları/prosedurları və formaları təkmilləşdirir;
 İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri  həyata keçirir;
 Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrləri hazırlayır və əməkdaşlara iş yerindən arayışları təqdim edir.

Namizədə tələblər:

 Ali təhsil;
 İnsan resurslarının idarə edilməsi sahəsində maliyyə sektorunda  ən azı 2 il təcrübə;
 Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
 Ünsiyyət qurma bacarığı;
 Analitik qabiliyyət;
 Əmək qanunvericiliyi üzrə  mükəmməl biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 Sentyabr, 2018-ci il tarixinədək “İşə qəbul  şöbəsinin aparıcı mütəxəssisi” mövzusunu qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.