Kassa bölməsi / Kassir - əməliyyatçı

  • Express Bank
  • Elanın qoyulma tarixi: 27.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kassa bölməsi / Kassir - əməliyyatçı

Tələblər:

- Ali təhsil;
- Analoji sahədə minimum 2-3 il iş təcrübəsi;
- Axşam kassası üzrə (24/7) təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır);
- Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
- Çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

- Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
- Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
- Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
- KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.

Namizədlər CV-ləri [email protected] mail ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi