Metal konstruksiya üzrə mühəndis

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 26.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Metal konstruksiya üzrə mühəndis

Namizədə dair tələblər:

- Müvafiq sahədə ali təhsil (İnşaat-Mühəndis)
- İnşaat və ya texniki mühəndislik sahəsində bilikli olmalı
- Minimum 3 il iş təcrübəsi
- Kompüter proqramları  - Microsoft Office, Autocad, Tekla Structures
- Tikintidə sərf edilmiş əsas materialların istehsalat normaları ilə müqayisəli hesabatı tərtib etməyi bilməli
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı olmalı

Vəzifələr:

- Metal konstruksiyalara aid texniki və praktiki anlayışın olması;
- Memarlıq və mühəndis cizgilərindən ibarət olan layihə paketinin analizi;
- İstehsalın planlaşdırılması;
- Konstruktiv  cizgilər əsasında material təsnifatı  cədvəlinin tərtib edilməsi;
- Layihələrin istehsalat və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarına uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrinin işləyib hazırlanması;
- Hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin təmin edilməsi;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsinin təmin edilməsi;
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədlərin tərtib edilməsi;
- Xammala, materiala, əmək sərfinə qənaətin təşkil edilməsi;
- İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
- Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və  işçi layihələrinin müvafiq qaydada hazırlanmasında iştirak edir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar