Analitik

İşin təsviri

Analitik

Tələblər:

- Böyük məlumat bazaların təhlili və (və ya) idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: yüksək səviyyədə Azərbaycan dili və Rus dili, İngilis dili arzuolunandır
- Məlumatı toplamaq və təhlil etmək bacarığı.
- Analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək.
- Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
- Məsuliyyətlilik, Punktuallıq və Dəqiqlik. Tapşırılan işləri zamanında təhvil vermək.

Vəzifələr:

- Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatları vahid məlumat bazasına  toplanması;bat məlumatlarının reallığının, düzgünlüyün və tamamlığın yoxlanılması və təmin olunması;
- Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
- Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması;
- Məlumatların düzgün klassifikasiyasının və qruplaşdırılmasının təşkil olunması;
- Logistika, idxal-ixrac bazarına və şirkətin strategiyasına uyğun potensial müştəri profilinin müəyyənləşdirilməsi;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.
- Dəyişikliklərin sənədləşdirilməsi.

- Əmək haqqı müsahibə nəticəsinə əsasən qarşılıqlı razılaşdırılacaq.

Maraqlananlar müraciət formalarını CV (resume) [email protected]  ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu bölməsində müraciət olunan vakansiyanı qeyd edin.