LSS Azərbaycanda fəaliyyət göstərən aparıcı təchizat şirkətlərindən biridir. Biz regionda Neft və Qaz biznesində fəaliyyətdə olan şirkətlərə müxtəlif növ avadanlıqları təchiz edirik.
Vəzifə : Satış koordinatoru
İş barədə məlumat:
- Satış, sifariş və ixtisaslaşdırılmış satışla əlaqədar olan bütün satış ərazilərinin idarəsinin icra edilməsi
Əsas öhdəliklər:
- Müştərilərlə ünsiyyət qurmaq və onlardan gələn məktubları idarə etmək
- Müştəriləri şirkətə məxsus əsas məhsul çeşidi barədə məlumatlandırmaq, təqdim etmək
- Gündəlik satış prosesində fəal iştirak etmək, satış heyətinə dəstək olmaq
- Daxil olan sorğuları baxışdan keçirmək, qiymətləndirilməsini təşkil edib satiş təkliflərini hazırlamaq
- Satış və təchizat komandasi ilə xoşməramlı münasibət qurmaq
- Stress altında işləmə və konfliktli situasiyalarda özünü idarəetmək
Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Azərbaycan, ingilis dili və rus sərbəst bilməli
- Ali təhsil ( bakalavr)
- Neft-qaz sektorunda satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir
- Yüksək ünsiyyət və yazı bacarığı, telefonla danışıq aparma bacarığı
- Ofis proqramlarından istifadə bacarığı: (MS Excel, MS Word, Microsoft Outlook)
- Yüksək təşkilatçı və yaxşı planlayıcı
- Təzyiq altında işləmə və vaxtı idarə etmə bacarığı
- “Deadline”larla işləyə bilən və komanda ilə işləmə bacarığı
- Məlumatlarda və detallarda çox diqqətcil, çalışqan və dinamik şəxs
- Analitik düşüncəli və məqsədyönlü
İş qrafiki: 6 günlük iş qrafiki, şənbə günü qısa iş rejimi ilə.
Qeyd: Başlanğıc əmək haqqı 700-1000 AZN
Xahiş olunur, CV-lərinizi mövzu yerində “Sales coordinator” qeyd etməklə [email protected] elektron ünvanına göndərəsiniz.
Qeyd: Yalnız yuxarıda qeyd edlimiş tələblərə cavab verən namizədlərin CV-ləri dəyərləndiriləcəkdir.