Hostes

  • Fairmont
  • Elanın qoyulma tarixi: 12.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hostes

ƏMƏK FUNKSİYALARI:

Baş Hostes aşağıdakı öhdəliklərə  görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Qida və İaşə Departamentinin Direktoruna məruzə edir:                              

• Qonaqlarımıza mehriban, səmimi və cəzbedici xidmət təqdim etmək.
• Qonaqları mehriban və səmimi bir təbəssümlə qarşılamaq və onları restorana yola salmaq.
• Qonaqlara keyfiyyətli təklif və xidmət etmək üçün Oteldə və ətrafda təklif edilən bütün qida və iaşə sahəsindəki yeniliklər ilə daima tanış olmaq və Qonaqlarımıza nahar seçimində dəstək olmaq.  
• Qonaqları oturacaqları stola qədər müşaiyyət etmək və yerləşdirmə zamanı oturacaqları yer barədə fərdi istəklərini qarşılamaq.
• Ofisiantların səmərəli işləmələri üçün stollarda yerləşdirməni strateji baxımdan düzgün qurmaq. 
• Hər bir Qonağa fərdi şəkildə münasibət göstərmək.
• Fairmont Xidməti Nizamnaməsinə və xidmət standartlarına ciddi şəkildə riayət etmək.
• Qonaqları adi ilə tanımaq, hər bir Qonağa məxsusi şəkildə davranmaq və onun individual bir şəxs olmasını ona hiss etdirmək.
• Digər Hosteslərin peşəkar inkişafını təmin etmək üçün mütəmadi təlimlər aparmaq
• Hostes komandasına rəhbərlik edərək bütün işlərin vaxtında yerinə yetirilməsindən əmin olmaq
• Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
• İlkin və sonrakı təlimlərdə fəal iştirak etməklə öz sahəsində biliyini və xidmət texnikasını artırmaq.
• İclaslarda və növbə təhvili zamanı danışıqlarda fəal iştirak etmək
• Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
• Təhlükəsiz bir şəkildə işləmək və sağlamlıq və təhlükəsizlik haqqındakı qaydalara əməl etmək.
• Gözlənilən xidmət nümayiş etdirmək.
• Səliqəli və mütəşəkkil bir iş mühiti yaratmaq.
• Digər mümkün vəzifərlər. 

FİZİKİ TƏLƏBLƏR:

• Növbə ərzində tez-tez gəzmək, ayaqüstə və oturaq vəziyyətdə olmaq
• Lazım olduqda 12 kq ağırlıq qaldırmaq və  daşımaq
• Lazım olduqda dartmaq, itələmək, qaldırmaq
• Lazım olduqda pilləkənləri, nərdivanı, hündür yerləri düşüb-qalxmaq 

İXTİSAS TƏLƏBLƏRİ:

• Bu sahədə əvvəlki iş təcrübəsinə malik olmaq.
• Qida, şərab və iaşə xidmətləri sahələrinə həvəsli olmaq.
• İngilis, Azərbaycan və ya Türk dillərində yazılı və şifahi şəkildə mükəmməl ünsiyyət qabiliyyətinə malik olmaq.
• Son dərəcə məsuliyyətli və etibarlı bir insan olmaq.
• Diqqətini Qonaqların istəklərinə cəmləmək.

E - mail : [email protected]